Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının Neftçilər prospektində qatar relsləri ləğv edilir

Bakının Neftçilər prospektində qatar relsləri ləğv edilir

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.

APA-nın məlumatına görə, yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt vurulub.

“Azəravtoyol” ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın