Ana səhifə / Media / Bakının mərkəzindəki körpü uçmaq təhlükəsində

Bakının mərkəzindəki körpü uçmaq təhlükəsində

Mərkəzi Neftçilər Xəstəxanasından “28 May” küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.

“Azadlıq” radiosu xəbər verir ki, sözügedən körpü sovet dönəmində inşa olunub.

Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb. Yaxınlıqda yaşayanların dediklərinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib: “İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”.

Sakinlər körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər. Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Məsələyə əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın