Belə ki, yolun hansı səbəbdən düz çəkilməməsi hamı üçün qaranlıq qalıb.

“Azəravtoyol” ASC-dən bildirirlər ki, həmin yolun layihə üzrə trayektoriyası elədir. O yol əslində əyri deyil, sadəcə maililik var. Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, yəni xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da yol həmin şəkildə layihələndirilib.

“Azəravtoyol” sözçüsü Anar Nəcəfli bildirir ki, yolun ətrafında nəzərdə tutulan işlər görüldükdən sonra görünüşü hər kəsin gözünü oxşayacaq.