Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Bakının mərkəzində böyük təhlükə

Bakının mərkəzində böyük təhlükə

Bakının mərkəzində faliyət göstərən restoranların biri küçədə təhlükəli vəziyyət yaradıb.

Oxucuların oxu.az-a verdiyi məlumata görə, İstiqlaliyyət küçəsində binanın zirzəmisində yerləşən “LaParte” restoranı vətəndaşlara qorxulu anlar yaşadır.

Belə ki, sakinlərin sözlərinə görə, zirzəmidə yerləşən “LaParte” restoranına daxil olmaq üçün ərazidə pilləkən tikilib, əvvələr restoran dəmir hasarla əhatə olunmuşdu.

Lakin bir-iki ay bundan öncə restoran rəhəbriliyi dəmir hasarı yığışdırıb. Bunun nəticəsində İstiqlaliyyət küçəsi ilə hərəkət edən vətəndaşlar qorxulu anlar yaşayırlar. Vətəndaşlar düz yol ilə gedə-gedə birdən-birə zirzəmiyə yıxılmaq təhlükəsi ilə qarşılaşırlar. Ərazidə oynayan uşaqlar isə son anda anlayırlar ki, zirzəmiyə düşə bilərlər.

Məsələ ilə bağlı Səbayel Rayon İcra Hakimiyyətindən sayta bildiriblər ki, belə bir məsələyə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərət edir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən qeyd ediblər ki, məsələyə baxılacaq.

Restoran əməkdaşları isə vətəndaşların şikayətini əsasız hesab edirlər. Onlar bildiriblər ki, ərazidə hərəkət edən insan ayağının altına baxmalıdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın