Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakının harasında havayı Wi-Fi olacaq?

Bakının harasında havayı Wi-Fi olacaq?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi “İctimai Wi-Fi” layihəsinin icrasına başlayıb.

Bu barədə nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə internet şəbəkəsinə pulsuz çıxış Bakının Fəvvarələr meydanı və Dənizkənarı Milli Parkda mümkün olacaq.

Simsiz internet İçərişəhər qoruğu və Dövlər Bayrağı Meydanının ərazilərini də əhatə edəcək. (Trend)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın