Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının ən təhlükəli ərazisi- it sürüsü maşınlara hücum çəkir (VİDEO)

Bakının ən təhlükəli ərazisi- it sürüsü maşınlara hücum çəkir (VİDEO)

Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusəndə yeni Şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu vəziyyət isə yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanalara hücum etməsi adi hal alıb.

Bu barədə BAKU.WS-ə şikayət edən sakinlər qorxu içində olduqlarını, özlərinin və azyaşlı uşaqlarının təhlükədə olduğunu bildirib.

“İtlərin yanından avtomobillə keçmək olmur. Maşınlara hücum edirlər. Bəs piyada, qoca, usaq, qadınlar necə keçsin?”-deyə redaksiyamıza müraciət edən sakinlərdən biri bildirib.

Xatırladaq ki, ötən həftə Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Son günlər bu cür hadisələr tez-tez baş verir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın