Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Bakıdan Naxçıvana da taksi gedəcək

Bakıdan Naxçıvana da taksi gedəcək

Bakıdan ölkənin bölgələrinə ilk dəfə taksi xidməti fəaliyyətə başlayıb. «KOMBO» şirkətinin təqdim etdiyi yeni  taksi xidməti adi takislərdən bəzi məsələlərə görə fərqlənir. Şirkətin təmsilçisi Ramid Banluyev fins.az-a bildirib ki, bölgələrə gedən adi taksilər müştəriləri adətən müəyyən edilmiş ərazilərdə, məsələn, 20 Yanvar metrosunun yaxınlığında, Lökbatan dairəsində və şəhərin digər ərazilərində götürürlər. Müştərilər rayona taksi ilə getmək üçün buraya gəlməlidirlər. Yeni şirkət isə müştəriləri sifariş edilən yerdən götürür. 

Qiymətlərə gəlincə, şirkət nümayəndəsi öz xidmələrinin daha sərfəli olduğunu iddia edir. Hərçənd, qiymətlər, adi taksilərdən o qədər də fərqlənmir. Məsələn, bu şirkətlə Bakıdan Gəncəyə  63-73 manata çatmaq olar.

Müştəriləri tək-tək yığacaqlar

Bundan başqa, adi taksilərin əsas üstünlüyü bir avtomobildə bir neçə fərqli müştərinin gedə bilməsidir. Belə olan halda gediş haqqı bir neçə dəfə aşağı olur. Bu üsuldan yeni şirkət də istifadə edəcək. Yeniliyə əsasən eyni istiqamətə gedən müştərilərin sifarişi qəbul ediləcək. Həmin müştərilər Bakı ərazisində əvvəlcədən müəyyən edilmiş dayanacaqlara gələcəklər və taksilər onları həmin yerdə götürəcəklər. Nəticədə eyni avtomobildə bir deyil, bir neçə müştəri daşınacaq. Belə olan halda, qiymətlər adi taksilərlə rəqabət aparacaq səviyyəyə düşəcək.

Ən aşağı taksi qiyməti -15 manat

Şirkətin qiymətləri müxtəlif məsələlərdən asılı olaraq dəyişir. Şirkət ölkə üzrə yolların vəziyyətinə və məsafəyə görə, 3 tarif müəyyən edib. Birinci qrupa Bakıya yaxın rayonlar yer alıb. Şirvan, Hacıqabul, Şabran, Siyəzən, Xızı,Sumqayıt rayonlarına taksi xidməti 30 manata kimi hesablanır. 3 saat ərzində geri qayıtmaq istəyənlər əlavə 10 manat ödəniş edirlər. Ən aşağı taksi pulu  Sumqayıta hesablanır. Sifariş haqqı 15 manatdır. Eyni taksi ilə 3 saat ərzində geri qayıtmaq istəyənlər əlavə 10 manat ödəyirlər. Yəni, gediş-qayıdış xərci 25 manat təşkil edir.

2-ci qrupa adi olan rayonlara taksi qiyməti 30-60 manat arasında dəyişir. Bu qiymətə ölkənin şimal sərhədinə kimi olan rayonlar,şimal-qərbdə Oğuza kimi, Qərb bölgəsində Goranboy rayonu da daxil olmaqla, Beyləqana qədər və Lənkərana qədər ərazilər daxildir. Məsələn, Bakıdan Goranboya “Kombo” ilə 60 manata getmək mümkündür. Təcili gedib geri qayıtmaq istəyənlər 3 saat gözləmə və geri dönüş üçün əlavə 30 manat ödəməli olacaqlar.

Ən baha qiymət Naxçıvanadır –  130 manat

R.Banluyev bildirib ki, ölkənin qalan ərazisi  tarifə görə 3 qrupa aid edilib. Bu zona üzrə qiymətlər isə 60-130 manat arasında dəyişir. Şirkət hətta Naxçıvana da müştəri sifarişlərini qəbul edir. Elə ən baha taksi qiyməti də Naxçıvana hesablanır. Bu taksi ilə  Bakıdan Naxçıvana getmək 130 manata başa gəlir. Naxçıvana gedib 3 saat gözləmə ilə geri qayıtmaq istəyənlər isə bunun üçün əlavə 50 manat ödəməli olurlar.

Ən çox Gəncə və Qəbələyə gedirlər

R.Banluyev deyib ki,  yeni taksi xidmətindən turistik bölgələrə getmək istəyənlər və rayon  sakinləri istifadə edirlər. Müştərilər əsasən Nabran, Quba, Qəbələ, Qusar və Gəncəyə taksi sifariş edirlər. Sifarişlərin 50-60% əsasən Gəncə və Qəbələ ilə bağlıdır.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın