Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Media / Bakıdan bir sıra xarici aviareys təxirə salınıb

Bakıdan bir sıra xarici aviareys təxirə salınıb

Bu gün Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb.

Aeroportdan “Report”a verilən məlumata görə, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək. Bu reyslərin ilk üçü “Azərbaycan Hava Yolları”, sonuncusu isə “Türk Hava Yolları”na məxsus olan aviareysdir.

Bildirilib ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib.

Artıq 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.

Həmçinin oxuyun

Beyləqan xəstəxanasında döyülən jurnalist danışdı-Video

Məlum olduğu kimi, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının önündə vətəndaşların incidilməsilə bağlı reportaj hazırlayan jurnalist, RealMedia.az saytının …

Bir cavab yazın