Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Bakıdakı “xruşovka”lar sökülə bilər – Video

Bakıdakı “xruşovka”lar sökülə bilər – Video

Rusiyada “xruşovka” adlandırılan beşmərtəbəli panel beşmərtəbəli binaların kütləvi şəkildə sökülməsinə başlanılıb. Moskvada sonuncu Xruşovka da söküldü. Görəsən bu məsələ paytaxt Bakı üçün də aktualdırmı?

Rusiyada istismara yararsız hesab edildiyindən bu binaların sürətlə sökülməsinə başlanılıb. Azərbaycanda da bənzər addım təklif edilir.

Əmlak ekspertini Ramil Osmanlının sözlərinə görə, başda “Xruşovka” layihəli binalar olmaqla 1960-ci illərdən əvvələ dayanan “İtaliyan” və “Minsk”, “Stalin” layihəli evlər də sökülməlidir. Belə evlərin sökülməsi hökümətə böyük vəsait hesabına başa gələcəyindən bu işdə tikinti şirkətlərinin maraqlı olmaları daha yaxşı olardı.

Ramil Osmanlı, dövlətin infrastruktur xərcləri öz üzərinə götürəcəyi təqdirdə “Xruşov” layihəli binalardan tez bir zamanda azad olunmağın mümkün olduğunu deyir.

Əmlak Eksperti Nüsrət İbrahimov isə belə evlərin sökülməsinə zərurət görmür.

“Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır”,- deyə mütəxəssis bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın