Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Bakıdakı tıxacların hava ilə heç bir əlaqəsi yoxdur”

“Bakıdakı tıxacların hava ilə heç bir əlaqəsi yoxdur”

“Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur. Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur”.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda su basma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub: “Binəqədi şossesində isə yaxınlıqda olan bir-neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır. “Sedan” tipli avtomobillərin həmin ərazidən keçməsi tövsiyə olunmur”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın