Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırdı – Səbəb

Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırdı – Səbəb

Bakıdakı məşhur “Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.
“Report”un məlumatına görə, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir. Marketlərdə olan mallar isə başqa yerlərə daşınır.  Faktı “Report”a təsdiqləyən “Lider-AS” supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.
O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb:
“Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.
İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın