Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıdakı məhəllələrdən birinə Lələtəpə adı verildi – VİDEO

Bakıdakı məhəllələrdən birinə Lələtəpə adı verildi – VİDEO

Bakıda bir məhəlləyə sakinlər tərəfindən Lələtəpə adı verilib. Xəzər rayonunun Binə qəsəbəsi, sovxoz Binə ərazisində yeni məhəllədə bir neçə ay əvvəl sakinlərin təşəbbüsü ilə məhəllənin girişində “Lələ Təpə məhəlləsi” yazılmış xüsusi lövhə yerləşdirilib və üzərində şanlı bayrağımız asılıb.

İdeya ilk dəfə məhəllə sakini Zaur Dadaşovun ağlına gəlib. Məhəllə sakinlərinin dediyinə görə, onlar bura gələndə vətənpərvərlik ruhları daha da artır.

Böyüklərin bu adımı azyaşlıların vətən sevgisini də alovlandırıb.

Zaur Dadaşov deyir ki, hələlik bu küçənin adı rəsmiləşdirilməyib. Onlar küçənin adını rəsmiləşdirmək üçün aidiyyatı qurumlardan kömək istəyirlər.

Sakinlər gələcəkdə abidəni daha da böyüdüb, şəhidlərin xatirəsinə bulaq da çəkəcəklərini deyirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın