Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda yollar bağlandı, yüzlərlə insan küçələrdə qaldı – Fotolar

Bakıda yollar bağlandı, yüzlərlə insan küçələrdə qaldı – Fotolar

Binəqədi qəsəbəsində yolların bağlı olması səbəbindən paytaxtın “Azadlıq prospekti” metrostansiyası ətrafında 300-dən çox sərnişin küçələrdə qalıb. 
“ Azinforum.az ” ın “Ölkə.az”a istinadən məlumatına görə, sərnişinlər bir saatdan çox müddət ərzində dayanacaqda avtobus gözləyiblər.

Yolların bağlı olması səbəbindən böyük tıxac yaranıb və avtobuslar lazımı ünvana vaxtında çata bilməyiblər.

Avtobusdan ümidini üzən sərnişinlər mənzil başına piyada getməyi üstün tutublar.

***

Binəqədi rayon Polis İdarəsindən “Ölkə.az”a bildirilib ki, əraziyə post-patrul xidmətinin, eləcə də, yol polisi əməkdaşları cəlb olunub.

“Ərazidə böyük tıxac yaranıb. Tıxacın aradan qaldırılması istiqamətində işlər görülür”, – deyə idarədən bildirilib.

Qeyd edək ki, tıxaca Binəqədi istiqamətində yollarda gedən təmir-tikinti işləri səbəb olub. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işlərinin nə zaman yekunlaşacağı barədə məlumatsızdır.

“Binəqədi rayonu ərazisində, Binəqədi kəndi istiqamətində yollarda təmir işləri aparılır. Yollarda kommunikasiya xətləri çəkilir. Ola bilər ki, bu səbəbdən də, rayon ərazisində tıxac yaranıb. Yol bizim balansımızda olsa da, ərazidə təmir işlərini biz aparmırıq. Gözləyirik ki, işlər yekunlaşsın və həmin istiqamətdə yolları əsaslı təmir edək. Çünki həmin ərazidə yollar sıradan çıxıb. Yolların əsaslı təmir olunmasına ehtiyac var”, – deyə Anar Nəcəfli qeyd edib.




Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın