Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda Yol polisindən kobud qayda pozuntusu – FOTO

Bakıda Yol polisindən kobud qayda pozuntusu – FOTO

Yanvarın 2-də, saat 19:50 radələrində çəkilən bu görüntülərdə 99-YP-351 nömrə nişanlı DYP avtomobilinin kobud qayda pozuntuları etdiyi iddia olunur.
Avtosfer.az  xəbər verir ki, 99 YP 351 saylı yol patrul xidməti maşını Yusif Vəzir Çəmənzəminli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən – prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər sayrışan işıqları yandırmadan qoşa xətti keçərək əks yolla hərəkət edib. Yol boyu qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradan YP-351  işıqforla nizamlanan yolayrıcında, Azadlıq prospektindən Həsən Əliyev küçəsinə sola dönən sürücülərin də hərəkətinə mane olub. Belə ki, yol polisi maşını düzünə hərəkət edib və kəskin manevr edərək, gül dükanının qarşısında saxlayaraq, dükana düşüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yəqin ki, qeyd edilən tarixdə kamera görüntülərini araşdıracaq, yol polisinin bu intizamsızlığını cəzasız qoymayacaq.
Qeyd edək ki, bu qayda pozuntusuna görə həmin DYP avtomobilini idarə edən sürücüyə 4 bal, 100 manat cərimə düşür.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın