Ana səhifə / Media / Bakıda yenə ağac kəsilir, RİH isə deyir ki…Bakıda yenə ağac kəsilir, RİH isə deyir ki…

Bakıda yenə ağac kəsilir, RİH isə deyir ki…Bakıda yenə ağac kəsilir, RİH isə deyir ki…

Nərimanov rayonu ərazisində ağacların kütləvi şəkildə kəsilməsi prosesi gedir.

Bu barədə virtualaz.org saytına Nərimanov rayonu, Qarabağ küçəsində yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, ərazidəki iri tut ağaclarının kütləvi şəkildə kəsilməsinə dünəndən start verilib.

Məsələyə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxladıq.

RİH-in şöbə müdiri Hüseyn Cəfərov virtualaz.org saytına açıqlamasında Qarabağ küçəsində heç bir ağac qırılması faktının olmadığını söylədi.

Şöbə müdirinə bunu sübut edən çoxsaylı fotoların olduğunu xatırlatdıq.

H.Cəfərov isə cavabında bildirdi ki, həmin ağaclar kəsilmir, sadəcə budanır: “Bizə sakinlərdən və başqa qurumlardan çoxsaylı şikayətlər daxil olurdu ki, son illər xeyli qol-budaq atan həmin ağaclar gediş-gəlişə mane olur. İcra hakimiyyəti də aidiyyəti üzrə Ekologiya Nazirliyinə müraciət edib məlumatlandırdıq. Yalnız nazirliyin rəsmi icazəsindən sonra həmin ərazidə budama və küçənin səliqəyə salınması işlərinə başladıq”.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın