Cümə , İyul 19 2019
Ana səhifə / Media / Bakıda “Yapon bağı” salındı – Fotolar

Bakıda “Yapon bağı” salındı – Fotolar

Bu gün Xətai rayonundakı Heydər Əliyev parkının ərazisində salınmış “Yapon bağı”nın açılışı olub.

“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə təşkil olunan tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUGİ ZOHEN” şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxsləri iştirak ediblər.

İcra başçısı R. Məmmədov tədbiri açaraq qeyd edib ki, “Yapon bağı”nın salınması barədə qərara 2014-cü ildə gəlinib: “Ötən il Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə oldu. Səfər çərçivəsində Yaponiyanın Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolu imzalandı. Sonra Yaponiya nümayəndə heyətinin Azərbaycana, bizim rayonumuza səfəri gerçəkləşdi və “Heydər parkı”nda “Yapon bağı”nın salınması qərara alındı”.

Səfir T. Takahaşi isə çıxışında “Yapon bağı”nın salınmasına görə Xətai rayon İcra başçısına təşəkkür edib. Yaponiya-Azərbaycan dövlətlərarası münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini bildirib.

Prezident Administrasiyasının məsul əməkdaşı T. Tağıyev belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və həyata keçən bu təşəbbüsü alqışlayıb.

Parkdakı iş prosesini izləmək üçün dəfələrlə Xətai rayonunda olmuş “KOSUGİ ZOHEN” şirkətinin prezidenti S. Kosuqi bağın tikintisinə bu ilin fevral ayında başlandığını deyib: “Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışıb. Parkda qədim Yapon mədəniyyəti, folkloru və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib, şəlalə quraşdırılıb”.

Sonra yaponiyalı qonaqlara Xətai rayon İcra Hakimiyyət adından xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda “Yapon bağı”na gəzinti təşkil olunub və xatirə olaraq ağaclar əkilib.

 

Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar
Bakıda “Yapon bağı” salındı -  Fotolar

 

Həmçinin oxuyun

ANS Vahid Mustafayevlə bağlı xəbərə cavab verdi

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin …

Bir cavab yazın