Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda yanan bina yox, transformator imiş – FOTO

Bakıda yanan bina yox, transformator imiş – FOTO

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.
 Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai  Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.
 Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın