Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda tikintidə daş yüklü kran aşdı: yaralılar var-VİDEO

Bakıda tikintidə daş yüklü kran aşdı: yaralılar var-VİDEO

Bakıda tikintidə qəza baş verib. Qaldırıcı kranda yaranmış nasazlıq səbəbinən daşla dolu yük aşıb. Ağır daşlar tikintiyə yaxın olan anbarın üstünə tökülüb. Hadisə zamanı anbarda olan 3 nəfər ağır xəsarət alıb.

Qaldırıcı kranda yaranmış nasazlıq faciə ilə nəticələnib. Yuxarı qaldırılan daşların yerə tökülməsi 3 nəfər ağır xəsarət almasına səbəb olub.

Hadisə günorta paytaxtın Nəsimi rayonu Kərpicni küçəsində bir tikintidə baş verib. Hündürmərtəbəli binanın tikintisində qaldırıcı kran nasazlanıb və daşlar yerə düşüb.

Dərhal hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Anbarda uçqunun altında qalan, 25 yaşlı Cavid İsmayılov, 24 yaşlı Esmira Muradova və 25 yaşlı Samirə Qocayev çıxarılaraq 1 saylı şəhər xəstəxanasına aprılıblar.

Üzərinə ağır daşların düşməsi nəticəsində xəsarət almış şəxslərdən 25 yaşlı Cavid İsmayılov daxili qanaxma və qarının küt travması diaqnozu ilə dərhal əməliyyat otağına aparılıb və əməliyyat olunub. Bundan başqa, Esmira Muradovanın da çox ağırdır. Bildirilir ki, onun qara ciyəri əzilib. Esmira Muradovaya qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi diaqnozu da qoyulub. Həkimlərin rəyindən asılı olaraq, o da əməliyyat edilə bilər. Samirə Qocayevə isə böyrəyi əzilib, kəllə-beyin travması və beynin silkələnməsi diaqnozu qoyulub.

Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları da gəlib, müvafiq araşadırmalara başlanılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın