Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Bakıda taksi sürücülərindən çox pul qazanmaq üçün yeni üsul (VİDEO)

Bakıda taksi sürücülərindən çox pul qazanmaq üçün yeni üsul (VİDEO)

Bakıda bəzi taksi sürücüləri pul qazanmaq üçün yeni üsula əl atıb. 
BAKU.WS-in məlumatına görə, hava limanında “Bakıkart” alan turistlərə yaxınlaşan taksi sürücüləri təkidlə taksi xidməti təklif edir. Turisti yaxşı qazanc yeri kimi görən taksi sürücüləri “qonaqpərvərliklərini” işə salır.
Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri hava limanı ətrafında ov gözləyən şiri xatırladır. Baxmayaraq ki, taksilər üçün xüsusi yer, hətta xətt də çəkilib ki, sözügedən ərazini keçməsinlər. Ancaq turistlərə olan aşırı “sevgiləri” onları bir yerdə dayanmağa imkan vermir.
Yayın istisində turistlərə bu cür isti münasibət görünür heç əcnəbi vətəndaşlara da xoş deyil. Turistləri ölkəmizdə xoş qarşılamaq, onlarla qazanc mənbəyi kimi deyil, qonaq kimi rəftar etmək daha gözəl olar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın