Ana səhifə / Media / Bakıda sürücülər arasında insident…

Bakıda sürücülər arasında insident…

Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin sürücüləri arasında insident baş verib.

Lent.az-ın məlumatına görə, 81 saylı xətt üzrə hərəkət edən “Daevoo” markalı avtobusun sürücüsü polisə müraciət edərək bildirib ki, Qaraçuxur qəsəbəsi, Alıcanov küçəsində tanımadığı şəxsin hücumuna məruz qalıb.

O bildirib ki, minik avtomobilinin sürücüsü yoldakı suyun onun üstünə sıçradığını irad bildirərək avtobusa zərbələr endirib və sərnişin avtobusunun ön şüşəsi sınıb.

Araşdırma aparılır.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın