Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Bakıda sualtı tunel layihəsi niyə baş tutmadı?

Bakıda sualtı tunel layihəsi niyə baş tutmadı?

Türkiyədə Avropa ilə Avrasiyanı dəniz altında birləşdirən ikimərtəbəli tunelin açılışı olub.

Türkiyə mətbuatının məlumatına görə, Avrasiya tunelinin uzunluğu ümumilikdə 14,6 kilometrdir. Tunelin 5,4 km hissəsi dəniz dibindən 106 metr dərinlikdən keçir, bu hissə iki mərtəbəlidir.. Tunel İstanbulun Avropa və Asiyadakı hissələri arasında gediş müddətini 100 dəqiqədən 15 dəqiqəyə endirəcək. Tunelin dənizin altından keçən hissəsi 4 dəqiqəyə qət ediləcək. Avrasiya tunelində sürət həddi saatda 70 km olacaq. Asiya qitəsində tunelə giriş HaremÜsküdar, Avropa qitəsində tunelə giriş ÇatladıkapıFatih istiqamətindən olacaq. Tuneldə 4,5G keyfiyyətində və fasiləsiz mobil telefon və internet mövcuddur. Tunel 9 bal gücündə zəlzələyə davamlıdır.

Avrasiya tunelinin tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilib. Bu şirkətlər tunelin tikintisinə 1 milyard 245 milyon 121 min dollar xərc çəkib. Tunel 24 il 5 ay bu firmaların sərəncamında olacaq, daha sonra Türkiyə hökumətinə təhvil veriləcək. Tuneldən keçid minik avtomobilləri üçün 4 dollar, mikroavtobuslar üçün isə 6 dollar olacaq. Avtomobil və mikroavtobuslardakı sərnişinlər üçün isə ödəniş alınmayacaq. Hər gün bu tuneldən 120 min avtomobilin Avrasiya və Asiya qitəsinə keçəcəyi proqnozlaşdırılır.

Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan deyib ki, yeni ilə qədər tuneldən keçid 15 lirə olacaq. Bu vəsait şəhid və qazilər üçün yaradılmış fonda toplanacaq.
Yada salaq ki, 2014-ci ildə Bakıda da Bakı buxtasına paralel yeraltı tunelin inşa edilməsi planlaşdırılırdı. Lakin bu plan sonradan elə kağız üzərində də qaldı. Belə ki, layihəyə əsasən “Dalğa Plaza”dan başlanacaq və Dəniz Vağzalının köhnə binasınadək davam edəcək tunel Nobel prospektinə çıxacaqdı. Tunelin uzunluğunun 4,2 kilometrdən çox olması nəzərdə tutulmuşdu.

Yeraltı tuneldən öncə isə Bakı buxtasının üzərindən körpü tikilməyi planlaşdırılırdı ki, bu da baş tutmadı. Belə ki, adı çəkilən körpünün tikintisinin ilkin layihəsi və texniki-iqtisadi əsaslandırılması Koreya mütəxəssisləri tərəfindən hazırlanıb və baxılmaq üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim edilmişdi. Layihəyə əsasən, bu qurğu Zığdan gələn avtomobilləri birbaşa Bayıla və əks istiqamətdə çatdırmaqla Bakının mərkəzi küçələrində nəqliyyatın sıxlığını azaltmalı və tıxac probleminin qismən həllinə kömək etməli idi. İlkin qiymətləndirmələrə görə, uzunluğu 17 km olacaq körpünün inşası təqribən 2 mlrd. dollara başa gələcəyi bildirilirdi.

Lakin layihənin müzakirə olunduğu ərəfələrdə mütəxəssislər bu işin gözlənilən qədər effektiv və səmərəli olmayacağını, ən əsası Bakının inkişaf konsepsiyasına uyğun gəlmədiyini bildiriblər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əməkdar memar Feyzulla Quliyev bildirib ki, yeraltı tunelin çəkilməsi məsələsi iqtisadi məsələlərə görə yubadılıb:

“Yeraltı tunel layihəsi öz qüvvəsində qalır. Ancaq bu layihə elə qısa bir müddətin işi deyil. Burada iqtisadi amil də böyük rol oynayır. Hər halda yəqin ki, gələcəkdə reallaşar. Elə bu arada Bakı şəhərinin baş planı da təqdim olundu. Orada da xeyli işlərin görülməsi barəsində qeydlər var. Bakı Buxtası ilə yerüstü körpüyə gəlincə isə bunu da müzakirə etdik və qərara gəldik ki, plan həm iqtisadi, həm də digər məsələlər baxımdan əlverişli deyil. Burada bir sıra məqamlar var idi. Belə ki, körpüdən istifadə hava şəraitindən asılı olacaqdı. Körpü ancaq o vaxt istifadə oluna bilərdi ki, küləyin sürəti saniyədə 20 metrdən çox olmasın. Bakı buxtasında isə ayda bir neçə gün küləyin sürəti bundan artıq olur. Həm də həmin istiqamətdə bir o qədər də avtomobil hərəkət etmirdi. Amillər xeyli dərəcədə çox idi. Yəni layihə hər baxımdan sərfəli deyildi və imtina edildi”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın