Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda son bir həftədə 3841 piyada məsuliyyətə cəlb olunub

Bakıda son bir həftədə 3841 piyada məsuliyyətə cəlb olunub

Ötən həftə ərzində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Həftə ərzində Bakı şəhərində 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günə qədər qeydə alınan yol-nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 50 faizindən çoxunu təşkil edir: “Bu fakt ciddi narahatçılıq doğurur. Bunun qarşısını almaq məqsədi ilə ciddi tədbirlər görülür və görüləcək. Piyadaların da məsuliyyətə cəlb olunmasına diqqət artırılacaq. Son bir həftə ərzində 3841 piyada məsuliyyətə cəlb olunub. Piyadaların vurulmasının qarşısı almaq üçün nəzarət gücləndirilib. Qəzaların minimuma endirilməsi üçün piyadaları da yol hərəkət qanuna əməl etməyə və diqqətli olmağa çağırıram. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı ötən həftə ərzində 22708 sayda inzibati protokol tərtib edilib. Onlardan 338-i sərxoş halda avtomobil idarə etmə, 873-ü işıqforu qırmızı işıqda keçən sürücülərlə bağlı olub. 96 sürücü polisin qanuni tələbini yerinə yetirmədiyi üçün cərimələnib. Ötmə-manevr hərəkətləri ilə bağlı 3686 protokol tərtib edilib. Ötən həftə ərzində 8 avtoxuliqanlıq qeydə alınıb. Eyni zamanda 32 sürücü avtomobili sənədsiz idarə etdiyi üçün protokol tərtib edilib. Sərnişin daşıma ilə bağlı 114 protokol var yazılıb. Mərkəzi Məlumat Xidməti (MMX) ilə isə 15754 protokol tərtib edilib” .

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın