Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Bakıda solmuş çəmənliklər rənglənir – VİDEO

Bakıda solmuş çəmənliklər rənglənir – VİDEO

Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb.
Yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən “Bakı Abadlıq Xidməti” MMC iki gündür bu işlə məşğuldur. MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir. Bu hadisə bir müddət əvvəl Türkiyədə baş verən maraqlı hadisənin demək olar ki, eynisidir.
Xatırladaq ki, Türkiyənin İzmir şəhərində dövlət əhəmiyyətli binanın açılışı zamanı bələdiyyə rəhbərliyinin göstərişi ilə yaxınlıqda olan daşlar, dağ yamacları yaşıl rəngə boyanmışdı. Bələdiyyə sədrinin bu addımı həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olmuşdu. İndi isə bənzər hadisə Azərbaycanda qeydə alınıb.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın