Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda siqaret yenidən bahalaşdı (QİYMƏT CƏDVƏLİ)

Bakıda siqaret yenidən bahalaşdı (QİYMƏT CƏDVƏLİ)

Bakıda siqaretin qiyməti yenə də bahalaşıb.

Azinforum.az-in məlumatına görə, bir çox mağaza və supermarketlər siqaretlərin qiymətini bahalaşdırıb. Səbəb kimi topdansatış məntəqələrində siqaretlərin satışının dayandırılması əsas göstərilir. Mağaza sahibləri deyirlər ki, hazırda topdansatış məntəqələri siqaretin qiymətlərini yenidən müəyyən edirlər.

“Hazırda siqaretlər ən azı 50 qəpik-1 manat civarında bahalaşır. Ən ucuz siqaretin qiyməti 1,50 manatdan başlayacaq. Biz də əlimizdə olan malın üstünə 50-70 qəpik qoymuşuq. Həm də bir alıcıya 1 qutudan artıq siqaret satmırıq ki, hamıya çatsın”, – deyə satıcılar bildiriblər.

 

 

 

Qeyd edək ki, ötən ilin dekabr ayında manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən paytaxtda satılan siqaret və tütün məmulatları bahalaşıb. Dekabrın 21-i axşam saatlarından başlayaraq Bakının bir çox mağaza və dükanlarında satılan siqaretlər yığışdırılmağa başlanıb. Bu barədə “Mağazalarda qiyməti bahalaşan siqaretlər” adlı materialımızda məlumat vermişdik.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın