Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / Bakıda saxta “Baku 2015” məhsulları peyda oldu

Bakıda saxta “Baku 2015” məhsulları peyda oldu

 

İstər dövlət, istərsə də cəmiyyət olaraq Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığımız bir vaxtda təəssüf ki, bu oyunları fürsət bilib asan yolla pul qazanmaq istəyən işbazlar da tapılıb. Belə ki, satışda Avropa Oyunları ilə bağlı saxta və keyfiyyətsiz suvenirlər aşkar edilib. Bəs saxta və keyfiyyətsiz malı necə müəyyən etmək olar?

İstər bizim, istərsə də ölkəmizə gələn turistin alacağı suvenirin keyfiyyəti əslində laqeyidliklə üzərindən keçiləsi bir məsələ deyil. Söhbət Azərbaycanın dünyaya fəxrlə və qürurla təqdim etdiyi bir oyundan gedir. Bu yarışların insanların yaddaşında xoş təssüratlarla qalması üçün ən xırda detallar belə nəzərə alınıb, böyük əmək sərf edilib. Amma gəl gör ki, asan pul qazanmaq məqsədi ilə keyfiyyətsiz suvenirlər satışa çıxarılıb. Paytaxtın müxtəlif yerlərində “Baku 2015”-in Çindən gətirilən saxta məhsulları satılır.

Satışda olan orjinal geyim və suvenirlər Türkiyə, ya da yerli istehsaldır. Sirr deyil ki, nar Birinci Avropa Oyunlarının əsas loqosudur. Məhz bu səbəbdən də dükanlarda satılan bu kimi suvenerlərə rast gəlmək mümkündür. Amma ehtiyatlı olsanız yaxşıdır. Çünki orjinal adı ilə saxta məhsul satılır. Bunu başa düşmək üçün isə onu çevirib arxasında Çin istehsalıdır yazısını oxumaq kifayətdir. Suvinerlərin və oyunları əks etdirən əşyaların Çində daha ucuz başa gəldiyini nəzərə alaraq mağazaları onlarla doldurublar.

Məsələn, bu fincanların biri saxta digəri isə orjinaldır. Üzərində Birinci Avropa Oyunlarının simvollarının əks olunduğu xeyli sayda fincan satılır. Amma fincan seçərkən diqqətli olun. Saxta olanı nəinki turistlər, hətta özünüz üçün belə təhlükəli ola bilər. İstiyə davam gətirməyən fincan hər an əlinizdə sına bilər. Fincan alarkən onun mütləq şəkildə qutuda olmasına diqqət yetirin. Növbəti diqqət yetirməli məqam isə qutunun arxasında olan qalaqramadır. Qalaqram olmayan məhsul saxta hesab olunur

Suvenirlərin üzərinə istehsal olunduğu ölkənin adını vurmadıqlarından isə alıcılar onun saxta və ya orjinal olub-olmadığına fikir vermirlər.Hər rəngdə, hər zövqdə, hər qiymətdə üzərində Avropa Oyunlarının loqosu və simvolları olan köynəklər satılır. Amma köynək alarkən aldanmağınızı istəmirsinizsə onun istehsal olunduğu ölkəyə diqqət yetirin.

Nəzərinizə çatdıraq ki, suvenerlər və köynəklər Türkiyə istehsalı olmalıdır. Bu satıcı üçün fərq etməsə də məsuliyyətli hər bir vətandaş üçün əhəmiyyətli olmalıdır. Və biz bununla mübarizə aparmalıyıq. Ən yaxşı çıxış yolu isə alacağınız məhsulu Avropa Oyunlarının rəsmi mağazasından əldə etməkdir. (xezerxeber.com/)

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın