Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda sakinlərin gecələrini ‘Kabusa’ çevirən restoranlar – VİDEO

Bakıda sakinlərin gecələrini ‘Kabusa’ çevirən restoranlar – VİDEO

Yay mövsümü demək olar ki, başlayıb və insanlar daha çox təbiət qoynuna yaxud da şəhərdə kafelərə, restoranlara  üz tutmağa  başlayıblar. Lakin restoranlar kimlərinsə istirahətini təmin etdiyi halda, digərlərinin isə rahatlıqlarını pozurlar…
Belə ki, son zamanlar bəzi yaşayış yerlərinə yaxın olan  kafe və restoranlarda gecə yarısı yüksək musiqilərin oxudulması, fişənglər atılması, insanları mənzillərində rahat oturmağa qoymur.
Bununla bağlı redaksiyamıza şikayət edən sakinlər bildirirlər ki,  saat 22-dən etibarən başlayan səs-küy, gecə  saatlarına qədər davam edir. Belə ki, sakinlərin sözlərinə görə, Nizami rayonunda Planet mağazasının arxasında yerləşən kafelərdə gecə saatlarında yüksək səslə musiqi verilir. Sakinlər bildirirlər ki, bu musiqinin səsindən evdə də rahat otura bilmirlər. Əraziyə yaxın yerdə yaşayan Nazim adlı sakin bildirdi ki, demək olar hər gün gecə saat 00:30 bəzi hallarda isə 01:30-a qədər yüksək səslə canlı musiqilər verilir:
“Havalar isti olduğu üçün pəncərələri açıq qoyuruq. Ancaq bu səsdən gecə saatlarında pəncərəni açıq qoyub evdə də otura bilmirik. Dəfələrlə restoran rəhbərliyinə öz etirazlarımızı bildirsək də heç bir xeyri yoxdur. Bu adamlar mənzilimizdə oturub istirahət etmək hüquqlarımızı pozurlar. Əsəbilərimiz pozulub artıq. Yay gələndə bizim günümüz bax bu cürdür”.
Elə biz də deyilən ərazidə olduğumuz zaman, sakinin söylədiklərinin əyani sakini olduq. Belə ki, gecə saat 12-ni keçməsinə baxmayaraq, kafedə yüksək səslə canlı musiqi verilirdi.
Bundan başqa Binəqədi rayonunun ərazisində yerləşən “Hollywood” şadlıq sarayı, Bakıxanov qəsəbəsində isə “Fidan” şadlıq sarayından sakinlərin necə deyərlər, “kabus”una çevrilib.  Bu ərazidə yaşayan sakinlər isə bildirirlər ki, gecə saatlarında restorandan fişənglər atılır ki, bu da onları narahat edir.
Bütün bu halların hüquqi tərəfi ilə bağlı hüquqşünas Müzəffər Baxış danışıb.
O bildirib ki, restoranlar bu kimi səs-küylər salmaqla qanunun tələblərini pozurlar:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, məişət səs-küyü salmaq inzibati məsuliyyətə səbəb olan əməldir. Belə şəxslər inzibati məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq əksər hallarda görürük ki, bu hərəkətlərinə  baxmayaraq, onları heç kim inzibati məsuliyyətə cəlb edib, tədbir görə bilmir. Səs-küyün salınması, digər insanların istirahət hüquqlarının pozulması deməkdir. Belə hallara əslində imkan verilməməlidir. Saat 00:00-dan sonra məişət səs-küyü salmaq olmaz. Hətta kimsə saat qeyd etdiyimiz saatda öz evində belə səs-küy salarsa, həmin şəxs də inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin qlobal şəkildə, təkcə qonşuların deyil, digər insanların da istirahət hüququ pozmaq, bizim Konstitusiyaya görə qadağandır. Çünki başqalarının hüquqları başlayan zaman, o şəxslərin hüquqları artıq bitir.
 
Musavat.com

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın