Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda sərnişin avtobus sürücüsünü boğmaq istədi – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü boğmaq istədi – VİDEO

Bakıda sürücü və sərnişinlər arasında növbəti insident baş verib.

Hadisə 96 saylı marşrut avtobusunda qeydə alınıb.

İnsident sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsindən sonra baş verib. Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin nəqliyyat vasitəsi hərəkətdə ikən sürücünü sükan arxasında boğmağa cəhd edib. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın