Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Media / Bakıda quyu suyunu qablaşdırıb satırlar – Birlik sədri

Bakıda quyu suyunu qablaşdırıb satırlar – Birlik sədri

Azərbaycanda satılan suların mənbəyi, qablaşdırılması, saxlanma şəraiti barədə müxtəlif fikirlər səslənir. Əhalinin əksəriyyətinin istifadə etməsinə baxmayaraq, suların keyfiyyəti ilə bağlı xeyli şübhələr var.

Mövsümlə əlaqədar müxtəlif növ sulara tələbatın artdığını nəzərə alaraq Modern.az saytıSu İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun bu barədə fikirlərini öyrənib.

<p”>O qeyd edib ki, rəhbərlik etdiyi birlik il boyu monitorinqlər aparıb: <p”>“Biz monitorinqləri yeni yaranan kiçik sexlərdə, həmçinin Azərbaycanın beş əsas su istehsalçısı “Sirab”, “Badamlı, “Aquavita”, “Damla”, “Slavyanka” zavodlarında keçirmişik. Bu zavodlarda işlər yüksək səviyyədə qurulub, hər şey Avropa standartlarına cavab verir. Monitorinqini apardığımız beş zavodun özünün tibbi laboratoriyası var, su istehsala göndərilməmişdən əvvəl mütləq analiz götürülür”.

Onun sözlərinə görə, kiçik sexlərdə isə vəziyyət qənaətbəxş deyil:

“Çünki kustar üsulla işləyirlər. Dövlət qurumları tərəfindən nəzarət çox aşağı səviyyədədir. Bu gün Bakı şəhərində quyu sularının qablaşdırılaraq atılmasının şahidi oluruq.

Bunlar “Adışirin” və “Kəhriz” müəssisələridir. Quyu suyunu iki aydan çox saxlamaq olmaz.

Halbuki sular aylarla saxlanaraq əhaliyə satılır. Həmin sular hər iki aydan bir laborator müayinədən keçirilməlidir. Bakıda belə quyu sularını əhaliyə satmaq doğru idisə, milyarddan çox vəsait xərcləyərək Qəbələdən Bakıya su kəməri çəkməzdilər”.

Dövlət Məmmədov deyib ki, bir çox hallarda sexlər mağazalara su satmır: “Onlar suyu dağ, rayon, kənd adları ilə sifariş əsasında yaşayış evlərinə təqdim edirlər. 19 litrlik qablarda satılan həmin suyun mənbəyi isə insanları maraqlandırmır. Çünki mağazada bu həcmdə su daha bahadır.

Onlar isə 2 – 2 manat 50 qəpik ödəməklə 19 litr su ala bilirlər. İstifadə edildikdən sonra isə su qablarını evlərdən götürərək natəmiz şəraitdə sexə daşıyır, orada qabları əlləri ilə yuyub yenidən doldururlar.  Adlarını çəkdiyim zavodlarda isə su qablara əl dəymədən doldurulur”.

Onun dediyinə görə, Azərbaycanda il ərzində istifadə edilən suyun 40 faizi xarici ölkələrdən gətirilir: “İstər yerli, istərsə də xaricdən gətirilən suların üzərində 5-20 dərəcə temperaturda saxlanmasına dair məlumat yer alıb. Bu gün hər yerdə açıq havada, günəş altında su satılır.

Günəş şüaları ilə plastik qabdakı su reaksiyaya girəndə zəhərlənmə də baş verə bilər. Suyun saxlanma müddəti qazlı sularda bir il, qazsız sularda isə 4-6 ay arasıdır”.

O qeyd edib ki, Azərbaycanda su istehsalçıları mağazalara keyfiyyətli su göndərirlər, amma həmin mağazalar saxlanma şəraitinə riayət etmədikdə sular keyfiyyətini itirir: “Bu suların içilməsi təhlükəlidir. Azərbaycanda istehlakçı hüquqlarını qoruyan yoxdur.

İstər Azad İstehlakçılar Birliyi, istərsə də rəsmi qurumlar bu işlə məşğul olmurlar. Hamı bir ağızdan deyir ki, suyun keyfiyyəti aşağıdır. Amma suyu günəş altında saxlayanları cərimələyən yoxdur. Keyfiyyətli su günəş altında qalanda, əlbəttə, keyfiyyətini itirir”.

Azərbaycan bazarında uşaqlar üçün nəzərdə tutulan suların satılmasına gəlincə, Dövlət Məmmədov buna qəti etiraz edib: “Su uşağa, böyüyə bölünmür.

Təəssüflər olsun ki, ölkəyə “Aqusha” adında sular daxil olur. Bu, sadəcə, şirkətin öz məhsulunu satması üçün istifadə etdiyi reklamdır”

 

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın