Bazar , Avqust 25 2019
Ana səhifə / Media / Bakıda qanunsuz tikililərin sökülməsinə başlandı – FOTO

Bakıda qanunsuz tikililərin sökülməsinə başlandı – FOTO

Bir qədər əvvəl Səbail RİH-də yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.

Səbail RİH-dən lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prosesinə başlanıb.

Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülüb. Artıq 6 ha-ya yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prosesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə prokurorluq orqanlarına göndərilib. RİH tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələrinin zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.  Belə ki, …

Bir cavab yazın