Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda qəribə hadisə – 10 ildən sonra damda ev tikilir +Video

Bakıda qəribə hadisə – 10 ildən sonra damda ev tikilir +Video

Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan “Altes” plazaya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır.  

Problemlə bağlı “Qafqazinfo”ya bina sakini, jurnalist Azər Qərib məlumat verib.

Jurnalist qeyd edib ki, onları əsas narahat edən məsələ 10 ildən sonra şirkətin binanın 17-ci mərtəbəsində yenidən mənzillər tikməsidir: “Halbuki şirkət yeni mərtəbə ucaltmaq üçün layihə müəllifindən də icazə almalıdır.  Amma layihənin müəllifi ilə bu barədə söhbət aparılmayıb və ondan icazə alınmayıb. Bundan əlavə, illərdir burada yaşamağımıza baxmayaraq hələ də şirkət bizə kupça vermir. Vaxtilə layihədə bizə təqdim etdikləri bəndlər üzrə öhdəliklərini də yerinə yetirmirlər. Binanın qarajını toz basıb, divarların üzlüyü qopub.  Giriş qapısını isə yanğın çıxışından ediblər. Çünki binanın ayrıca yanğın çıxışı da yoxdur”.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

“Qafqazinfo” sakinlərin narazılığını işıqlandırmaq üçün onlarla görüşüb. Problemlə bağlı hazırladığımız videosüjeti təqdim edirik:

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın