Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda qəzada mətbuat xidməti rəhbərinin oğlu xəsarət alıb

Bakıda qəzada mətbuat xidməti rəhbərinin oğlu xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən verilən xəbərdə bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

O, qəza nəticəsində yüngül xəsarət alıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın