Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda pulsuz soyuducu paylanır – VİDEO

Bakıda pulsuz soyuducu paylanır – VİDEO

Sosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir

Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir…

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki sosial soyuducu aksiyası hər kəsin diqqətini çəkib.

Aksiyanı təşkil edən Emin Abdullayevin sözlərinə görə, “sosial soyuducu” adlı layihəyə ayın 1-dən başlasalar da çoxsaylı müraciətlər olub.

Sosial aksiyanın məqsədi israfa mane olmaq və ehtiyacı olan insanlara yardım etməkdir.

Təşkilatçılar deyir ki, belə sosial xarakterli soyuducular iri marketlərdə də qoyulsa və alış-veriş edənlər hərəsi bura kiçik bir şey qoysalar minlərlə ehtiyacı olan insan faydalana bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın