Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Media / Bakıda oğlanlara kirayə ev verilmir – VİDEOREPORTAJ

Bakıda oğlanlara kirayə ev verilmir – VİDEOREPORTAJ

Yeni dərs ilinin başlamasına bir aydan az vaxt qalıb. Bununla əlaqədar Bakının kirayə mənzil bazarında canlanma müşahidə edilir. Regionlardan paytaxta tələbə axını kirayə evlərə olan tələbatı xeyli artırıb. Valideyinlər kirayə mənzil bazarlarında ciblərinə ev tapmağa çalışırlar.

Rieltor Pərviz Xankişiyevlə söhbətimiz əsnasında məlum oldu ki, tələbələr ucuz qiymətə kirayə mənzil tapmaqda çətinlik çəkirlər.

Onun sözlərinə görə, işləmək üçün rayonlardan Bakıya gələnlərin sayının artması, eyni zamanda xarici turistlərin axını şəhərdə kirayə ev tapmaq məsələsini müşkülə çevirib.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın