Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda oğlanlar kirayə ev tapmırlar – Video

Bakıda oğlanlar kirayə ev tapmırlar – Video

Sentyabr ayı yaxınlaşdıqca kirayə bazarında müəyyən canlanma müşahidə olunur. Ayın ortalarına kimi həm büdcəsinə, həm də yaşayış şəraitinə uyğun ev axtaran tələbələrlə yanaşı, mənzil qiymətlərində də artım başlayır. 

“Qafqazinfo”nun əməkdaşları bu məqamda paytaxt ərazisində bir çox daşınmaz əmlak ofislərində olub və qiymətlərlə maraqlanıb. Ev alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərindən məlum olub ki, ötən illərə nisbətən bu il uyğun qiymətə ev tapmaq bir qədər qəlizləşib:

“Ərəblərin ölkəmizə gəlməsi kirayə bazarına da təsirsiz ötüşməyib. Hazırda “Nərimanov”, “Gənclik”, “28 May” metrostansiyalarının yaxınlığında, demək olar ki, 350-500 manat civarında ev tapmaq qeyri-mümkündür. Boş evlərin qiyməti 600 manatdan başlayır, o da tələbələrin büdcəsinə uyğun gəlmir”.

Daha sonra “Neftçilər” metrosunun yaxınlığında rieltor və ev sahiblərinin daim toplaşdığı parka üz tutduq. Parkda vurulmuş elanda ərazidə əmlak alqı-satqısı işlərinin aparılmasının cinayət məsuliyyəti daşıdığı qeyd olunsa da, xeyli sayda şəxsə rast gəlmək olardı.

Oğlanlara ev verilmədiyi üçün çarəsiz qalan tələbələr isə artıq 2 aydan çoxdur ki, mənzil axtardıqlarını deyib:

“Naxçıvandan gəlmişəm, ev axtarıram. Ancaq mənzil sahibləri oğlanlara ev vermək istəmir. Belə getsə, sentyabrdan məsciddə gecələyəcəyik”.

Sözügedən mövzu ilə əlaqədar hazırladığımız videomaterialı təqdim edirik:

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın