Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda metro çıxışları bazara çevrilib – VİDEO

Bakıda metro çıxışları bazara çevrilib – VİDEO

Son zamanlar küçə ticarətinin artdığı müşahidə olunur. Xüsusilə də metro stansiyalarının çıxışlarının qarşısı demək olar ki, bazara çevrilib.

Məsələn, metronun “Həzi Aslanov stansiyası”nın çıxışını buna misal göstərmək olar.

Burada meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar.

İnsanlar isə yaranan bu mənzərənin həm yolu keçmək üçün çətinlik yaratdığını, həm də gigiyenik qaydalara uyğun olmadığını deyirlər.

Xüsusilə də mövsümi meyvə və tərəvəzlərin bu il bol olması küçə ticarəti ilə məşğul olanlarının sayını artırıb.

Satıcılar isə bu iradlarla razılaşmırlar. Onlar bazarlardansa bu yerlərin alıcılara daha çox sərf etdiyini deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən də etiraf edirlər ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların sayı ciddi şəkildə artıb. Qanunla qadağan olan küçə ticarətinə qarşı mütəmadi reydlər aparılır və belə şəxslər 80 manat cərimə edilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın