Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda məktəbli yarmarkaları açılır – Ünvanlar

Bakıda məktəbli yarmarkaları açılır – Ünvanlar

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb. Bu barədə Trend-ə qurumun mətbuat katibi Əlabbas Bağırov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: “Yarmarkalar metronun “Elmlər Akademiyası”, “28 May”, “İnşaatçılar”, ” Nəriman Nərimanov”, “Koroğlu”, “Neftçilər” və “Xalqlar dostluğu” stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq.”

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın