Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda kütləvi zəhərlənmə olub

Bakıda kütləvi zəhərlənmə olub

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə oktyabrın 21-i axşam saatlarında, paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Azinforum.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 15 nəfər xəstəxanaya yerləşdirilib.

Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın