Ana səhifə / Media / Bakıda külək dayanacağın damını uçurdu

Bakıda külək dayanacağın damını uçurdu

Ötən gün Bakıda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

Bu barədə virtualaz.org-a Agentliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

“Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq”, – deyə bildirilir.

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın