Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda iş adamı fəhlənin adına 41 min manat kredit götürüb aradan çıxdı – VİDEO

Bakıda iş adamı fəhlənin adına 41 min manat kredit götürüb aradan çıxdı – VİDEO

Bakıda tikinti mağazasında fəhlə işləyən bir nəfər şəxsiyyət vəsiqəsini müdirə verdiyi üçün işə düşüb. Müdir onun adına 41 min manat kredit götürüb. Onun müraciətindən sonra polis müdirin dələduz olduğunu müəyyən edib.

Vüsal Əliyevin etdiyi səhv ona baha başa gəlib. Tikinti materialları mağasında işlədiyi zaman şəxsiyyət vəsiqəsini müdirə verməsindən sonra problem yaşayıb.

Onun şəxsiyyət vəsiqəsinin məlumatları tikinti şirkətlərindən birinə ötürülüb. Zərərçəkən iddiasına görə, bir müddət keçəndən sonra şirkət əməkdaşları mağazaya gəliblər ki, Vüsal Əliyevə müqavilə imzalatdırsınlar.

Müqavilə imzalayan zaman Vüsala deyiblər ki, heç bir problem olmayacaq, narahat olmasın. Üstündən bir ay keçəndən sonra ona sözügedən şirkətdən bildiriblər ki, külli miqdarda borc yaranıb.

İndi Vüsal Əliyev düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün Xəyal Adıgözəlovu polisə verib. Lakin həmin şəxsi tapa bilmir. Dələduzlquq etdiyi iddia olunan Xəyal Adıgözəlovla əlaqə saxlamağa çalışdıq, amma nömrəsinin işləmədiyi məlum oldu.

Hüquqşünaslar isə məsləhət görür ki, vətəndaşlar şəxsiyyət vəsiqəsini heç kəsə etibar etməsinlər. Eləcə də hansısa müqaviləyə imza atarkən mütləq onu oxumalıdırlar. Əks halda, Vüsal Əliyevin aqibəti onları da gözləyə bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın