Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda iri “yaşıl market”lər fəaliyyətə başlayacaq

Bakıda iri “yaşıl market”lər fəaliyyətə başlayacaq

İlin sonunadək Bakıda ixtisaslaşdırılmış 3 böyük “yaşıl market” açılacaq.

“ Azinforum.az ” AzərTac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

“Bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirilir. Bu istiqamətdə müvafiq addımlar atılıb. Eyni zamanda, ayrı-ayrı bölgələrdə “fermer evləri” açılır. İsmayıllı və Şəmkirdə artıq belə evlər mövcuddur”, – deyə nazir müavini vurğulayıb.

S.Talıbov, həmçinin bildirib ki, nazirlik bölgələrdə də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması üçün xüsusi layihə hazırlayaraq hökumətə təqdim edib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın