Hazırda binanın binanın damında heç kimin olmadığı bəlli olub.
Saytın əməkdaşına bildirilib ki, fəhlələrin maaşla bağlı problemləri tikinti şirkətinin rəhbərliyinə məruzə olunub. Problem bu gün həll olunacaq.
* * *11:04
Heydər Əliyev prospektində yeni tikilən binanın fəhlələri etiraz aksiyası keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, “İnter Arena”nın yanında yerləşən tikilidə çalışanlar 8 aydır maaş almadıqlarını bildiriblər. Maaşlarını tələb edən fəhlələr binanın damına çıxaraq haqlarını tələb ediblər.