Ana səhifə / Media / Bakıda həkimi şantaj edən baş redaktor yenidən məhkəmə qarşısında

Bakıda həkimi şantaj edən baş redaktor yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj etməkdə təqsirli bilinən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.


Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namik Əmrahova 7 il azadlıqdan məhrum olunub.


Xatırlatma: Portalın baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.


Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …