Ana səhifə / Media / Bakıda həkim xəstəni qoyub xaricə getdi — VİDEO

Bakıda həkim xəstəni qoyub xaricə getdi — VİDEO

Növbəti süjetimizin qəhrəmanı özəl xəstəxanaların birində tanışı olan həkimin yanına gedib, müalicə alıb. Ancaq qeydiyyata salınmayıb və ona xəstəlik tarixçəsi açılmayıb. Müalicə aparan həkim isə sonradan xaricə köçüb. İndi xəstə çıxılmaz vəziyyətdə qalıb.

Bakı sakini Rafət Sıxbabayevin 2 aylıq müalicəsi necə deyərlər boşuna gedib. Xəstəxanada qeydiyyata düşmədiyi üçün ona xəstəlik tarixçəsi də açılmayıb. Həkim işdən çıxıb və onun yerinə gələn həkim Rafətin əvvəlki müayinə və müalicələrindən məlumatsızdır.

Müalicənin gedişatından xəbəri olmadığı üçün indiki həkim Rafəti yenidən müayinə və müalicə etməlidir.

Bəs əslində belə vəziyyətlərdə həkim xəstə münasibətləri necə tənzimlənməlidir? Səhiyyə Nazirliyindən bu vəziyyətə belə aydınlıq gətirdilər.

Aida Vəliyeva həmçinin onuda da bildirdi ki,pasientlər mütləq xəstəlik keçmişi haqda sənədin hazırlanmasını tələb etməlidir. Rafət Şıxbabayev isə tanışlıqla özəl xəstəxanadakı həkimə müraciət etdiyi üçün, ödəniş edilməmək üçün qeydiyyata düşməyib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın