Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda dolların satışı 1,84 AZN oldu

Bakıda dolların satışı 1,84 AZN oldu

“Report” agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin yenidən artdığı qeydə alınıb.

Əksər “exchange”lərdə 1 ABŞ dollarının alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır.

Qeyd edək ki, dünən əksər valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,72-1,78 AZN/USD olub, bəzi hallarda isə həttə 1,75-1,80 AZN/USD-yə çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi – 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb.

Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı “ən yaxşı təklif” prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın