Ana səhifə / Media / Bakıda bu yolu keçmək təhlükəlidir — VİDEO

Bakıda bu yolu keçmək təhlükəlidir — VİDEO

Bakı-Şamaxı yolunun 113-115-ci kilometrliyi, daha dəqiqi  Binəqədi rayonu ”Sulutəpə” dairəsi yaxınlığında yolu keçmək piyadalar üçün təhlükə yaradır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gecə yolu keçmək sözün əsl mənasında müşkülə çevrilib.

Belə ki, sakinlərin sözlərinə görə, yolda işıqlanma da olmadığından yağışlı havada yolu keçmək olduqca təhlükəlidir.  Sözügedən yolda ən çox hərəkət edən iritutumlu yük avtomobillərini də nəzərə alsaq,vəziyyət daha da acnacaqlıdır.

Ərazidə dayanmış taksi sürücülərinin sözlərinə görə, çox vaxt yaşlı insanları və uşaqları gecə vaxtı onlar keçirir. Çəkliş apardığımız müddətdə də şahidi olduq ki, gecə ”Sulutəpə” dairəsi yaxınlığından yolu keçmək mümkün deyil. Yolun ”Sulutəpə” dairəsi yaxınlığından ”Hökməli” dairəsinə qədər ərazi, Binəqədi və Abşeron rayonlarına  düşür. Sakinlərin istəyi aidiyatı qrumlardan ərazinin işıqla təmin edilməsidir.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə  bildirdi ki,əraziyə baxış keçiriləcək və  problem aradan qaldırılacaq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın