Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda böyük söküntü niyə başlamır? – Açıqlama

Bakıda böyük söküntü niyə başlamır? – Açıqlama

Bir müddət əvvəl Bakının 1-ci mikrorayon ərazisində köhnə beşmərtəbəli binaların sökülməsi və onların yerinə yenilərinin tikilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Layihə ilə bağlı hazırlıq işlərinin 3-4 ay çəkəcəyi bildirilsə də, hələ ki bir xəbər yoxdur.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov AzVision.az-a bildirib ki, həmin ərazidə görüləcək işlərlə bağlı Tədbirlər Planı Nazirlər Kabinetinə təqdim olunub.

“Biz Nazirlər Kabinetinin Tədbirlər Planını təsdiq etməsini gözləyirik. Ona görə də bu barədə danışmaq mümkün deyil”.

E.Əsədov qeyd edib ki, ərazidə ilkin araşdıma işləri görülüb. “Əhalinin müəyyən qədər qeydiyyatı aparılıb. Lakin Tədbirlər Planının təsdiqindən sonra bütün məlumatlar dəqiqləşdiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. Ərazidə söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın