Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda böyük bir ərazidə meşə-park salınır – Video

Bakıda böyük bir ərazidə meşə-park salınır – Video

Bakıda mərkəzə yaxın, böyük bir ərazidə meşə-park salınacaq.

” Azinforum.az ” Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Xətai rayonunun Sadıqcan küçəsi və Zığ şosselərinin birləşməsində yerləşən və uzun müddətdir fəaliyyəti dayanan gənclik parkından gedir.
Yenidənqurma işləri çərçivəsində Sadıqcan küçəsi boyunca qanunsuz olaraq fəaliyyət göstərən 8 obyekt tam sökülüb.

Xətai rayon İcra Hakmiyyətinin baş memarı Vadim Surxayovun sözlərinə görə, işlər çərçivəsində insanların parka rahat və maneəsiz giriş-çıxışını təmin etmək məqsədi ilə yeraltı və yerüstü bir neçə piyada keçidinin də inşası nəzərdə tutulur.

İşlərin bu ilin sonuna qədər yekunlaşacağı gözlənilən parka giriş üçün heç bir ödəniş tələb olunmayacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın