Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda baş redaktorun maşınını yararsız hala saldılar FOTOLAR

Bakıda baş redaktorun maşınını yararsız hala saldılar FOTOLAR

10 oktyabr 2017–ci il tarixdə saat 17-00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

BiG.AZ xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq istifadəyə yararsız hala salınıb. Mehriban xanımın sözlərinə görə, o, maşını saxlayıb gedib, bir saatdan sonra gəlbi ki, maşın şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-si polis bölməsindən təhqiqatçı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. Amma məsələ burasındadır ki, maşın dayanan ərazidə yerləşən nəzarət kameralarının lentləri dərhal aydınlaşdırılmır ki, dələduzlar isti izlərlə aşkarlana bilsin.

Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə maşının şini bu şəkildə doğranaraq yararsız hala düşüb. Lakin indiyə kimi rolis həmin hadisələrdən heç birinin üstunü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun maşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə maşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.
İnanırıq ki, polis tezliklə Mehriban xanıma zərər vuran dələduzları yaxalayasaq.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun mövqeyini öyrənməyə çalışsaq da zənglərimizə cavab verməyib.

Bakıda baş redaktorun maşınını yararsız hala saldılar FOTOLAR
Bakıda baş redaktorun maşınını yararsız hala saldılar FOTOLAR
Bakıda baş redaktorun maşınını yararsız hala saldılar FOTOLAR

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …