Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Bakıda antena QADAĞASI — VİDEO

Bakıda antena QADAĞASI — VİDEO

Bakı və Abşeron yarımadasında inşa edilən bəzi şəhərciklərdə sakinlər televiziya kanallarının baxmaqda seçim imkanından məhrumdu, çünki şəhərcik rəhbərliyi buna icazə vermir.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri İsa Məmmədov bildirir ki, bu cür yayım tamamilə qanunsuzdur. İsa Məmmədov yaşayış şəhərciklərində insanların kabel televiziyasına çıxışının məhdudlaşdırılmasını da qanunsuz hesab edir.

Milli Televiziya və Radio Şurasının rəsmisi bildirir ki, belə halla qarşılaşan vətəndaşlar məhkəməyə müraciət etməklə informasiya azadlığını təmin edə bilərlər. İsa Məmmədov bildirir ki, vətəndaşların keyfiyyətli və çoxseçimli televiziya yayımı əldə etməsi üçün hər bir binada kollektiv antena şəbəkəsi olmalıdır.

İsa Məmmədovun fikrincə kollektiv antenaların quraşdırılması üçün Mənzil-İstismar Sahələri, eləcə bina rəhbərlikləri aktiv rol oynayaraq bu problemi qısa zamanda həll edə bilərlər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın