Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıda alıcıları aldadan mağazanın reklam fırıldağının üstü açıldı – FOTOLAR

Bakıda alıcıları aldadan mağazanın reklam fırıldağının üstü açıldı – FOTOLAR

Bir neçə gün əvvəl paytaxt Bakının mərkəzində alıcıları aldadaraq, onları cəlb etməyə çalışan bir mağaza haqda məlumat vermişdik. Haqqında danışdığımız mağazaya “Bağlanırıq, 70 faiz endirim” elanları vurulmuşdu.
Musavat.com bu elanın yalan olduğunu, həmin mağazanın ötən il də bu cür reklamdan istifadə etdiyini xəbər vermişdi. Həmçinin həmin mağazadakı 70 faizlik endirimlərin reallığı əks etdirmədiyini də xəbər vermişdik.
Haqqından danışdığımız mağaza “Torqovi”da M.Ə.Rəsulzadə 5 ünvanında yerləşən “Bambi” ayaqqabı mağazasıdır. İndi mağaza elanında dəyişiklik edərək, özünün yalanını ifşa edib.
Belə ki, mağaza bir neçə gün əvvəl vurduğu elandakı “bağlayırıq” sözlərini yığışdırıb. Bu da onu sübut edir ki, mağaza həqiqətən də bağlanmayacaqmış. Sadəcə, sahibkarlar bu cür elanlardan istifadə edərək, alıcı cəlb etməyə çalışırlar.
Onu da qeyd edək ki, mağazada 70 faiz endirim olduğu deyilir. Burada qiyməti 314 manat olan ayaqqabının 70 faiz endirimlə qiyməti isə  94 manatdır.



Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın